Manşet

Rusiyalı ekspert: “Ermənistana sərt beynəlxalq təzyiq göstərilməlidir”

"Bu, misli görünməmiş hadisədir”.

Rusiyalı ekspert: “Ermənistana sərt beynəlxalq təzyiq göstərilməlidir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın dinc sakinlərinə raket hücumları beynəlxalq terrorizm aktı kimi tövsif edilməlidir.

7times.az xəbər verir ki, bunu hərbi ekspert, “Nasionalnaya oborona” nəşrinin baş redaktoru İqor Korotçenko deyib.

O qeyd edib ki, atəşkəs haqqında razılaşma əldə edildiyi şəraitdə Azərbaycanın yuxuda olan dinc şəhərinə raket zərbələri endirilməsi artıq müharibə cinayəti deyil, beynəlxalq terrorizm aktıdır.

Rusiyalı ekspert deyib: “Bu məsələyə münasibət bildirilməsi zəruridir, ona görə ki, indiki halda bütün bunların həqiqətə uyğun olmadığını bildirən Ermənistan Müdafiə Nazirliyinin mövqeyi o qədər həyasızlıqdır ki, açığını deyim, söz tapmıram. Əsgərlərin döyüş meydanında həlak olması bir məsələdirsə, yatmış şəhərə raket zərbəsi endirilməsi başqa məsələdir. Bu, misli görünməmiş hadisədir”.

İ.Korotçenko vurğulayıb ki, Moskvada əldə edilmiş razılaşmalardan sonra şübhələrlə yanaşı, atəşkəsə əməl ediləcəyinə ümid də vardı. Ekspert deyib: “Ümid etmək istərdik ki, dinc şəhərlərə raket zərbələri endirilməsinə Azərbaycanın reaksiyası, ilk növbədə, diplomatik reaksiya olacaq. Lakin bir daha vurğulayıram, Yerevan öz hərəkətləri ilə Moskvada imzalanmış sazişə etinasızlıq göstərir”.

O xatırladıb ki, Moskva sazişində substantiv danışıqlardan söhbət gedirdi. İ.Korotçenko daha sonra deyib: “İndi, raket zərbələri endirildiyi bir vaxtda hansı substantiv danışıqlardan söhbət gedə bilər?! Rəsmi Bakının reaksiyasının necə olacağını bilmirəm, lakin vəziyyət tamamilə düyünə düşmüş kimi görünür. Ona görə ki, bir tərəfdən raket zərbələri endirilir, amma digər tərəfdən Azərbaycan atəşkəs şərtlərini yerinə yetirəcək? Düşünürəm ki, Ermənistana sərt beynəlxalq təzyiq göstərilməlidir”.modern.az