Aktual

Rusiyalı jurnalist Nobel mükafatını hərracda rekord qiymətə satdı

Rusiyalı jurnalist Nobel mükafatını hərracda rekord qiymətə satdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada nəşr olunan “Novaya qazeta”nın baş redaktoru, ötən il Nobel Sülh Mükafatını qazanan Dmitri Muratov nümunəvi addım atıb.

Sfera.az bildirir ki, Muratov mükafatını hərraca çıxarıb. O, bu addımı ukraynalı qaçqın uşaqlarına kömək etmək üçün atıb. Ümumdünya Qaçqınlar Gününə təsadüf edən hərracda mükafat 103,5 milyon dollara satılıb. Rusiyanın Ukraynaya təcavüzündən sonra Moskva administrasiyasının sərt qadağaları ilə işini dayandıran qəzetin baş redaktorunun mükafatına verilən pul rekord kimi tarixə düşüb.Qeyd olunub ki, əvvəllər oxşar mükafatlar satışa çıxarılarkən 5 milyon dollardan aşağı qiymətə satılıb. Mövzu ilə bağlı açıqlama verən “Heritage Auctions” hərrac evi, “Bu mükafat əvvəlkilərə bənzəmir. Cənab Muratov və “Novaya qazeta” əməkdaşlarının dəstəyi ilə bu mükafat təkcə kolleksiyaya deyil, milyonlarla ukraynalı qaçqının həyatına müsbət töhfə verəcək hədiyyəyə çevrildi”, – deyə vurğulayıb.