Dünya

“Rusiyanı kadr çatışmazlığı gözləyir” Putin etiraf etdi

“Rusiyanı kadr çatışmazlığı gözləyir” – Putin etiraf etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya iqtisadiyyatı yaxın illərdə kadr çatışmazlığı ilə üzləşəcək, ona görə də əmək məhsuldarlığının artırılması çox vacibdir. Rusiya ya xaricdən işçi qüvvəsi idxal etməli, ya da əmək məhsuldarlığını artırmalı olacaq”.

7Times.az xəbər verir ki, bunu Vladimir Putin Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının XII qurultayındakı çıxışında deyib.

Putin xüsusilə, əmək məhsuldarlığının artırılmasının, sənayenin, aqrar-sənaye kompleksinin, xidmət sektorunun və iqtisadiyyatın digər sahələrinin, sosial sferanın, rəqəmsal texnologiyaların, istehsalın avtomatlaşdırılmasının və “müasir idarəetmə proseslərinin müasirləşdirilməsinin vacibliyindən danışıb.

Xatırladaq ki, “Crocus Sity Hall”-da baş verən terror aktından sonra Orta Asiyadan, xüsusilə də Tacikistandan olan əmək miqrantları kütləvi şəkildə Rusiyanı tərk etməyə başlayıblar.