İqtisadiyyat

Rusiyanın neft gəliri kəskin azalıb

Rusiyanın neft gəliri kəskin azalıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının neft satışından əldə etdiyi gəlir ötən ay 2023-cü ilin iyun ayından bəri ən aşağı səviyyəyə düşüb. Buna qlobal xam neftin qiymətinin aşağı düşməsi səbəb olub.

7Times.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Rusiya Maliyyə Nazirliyinin hesabatına görə, may ayında neftlə bağlı vergilər əvvəlki illə müqayisədə 32% azalaraq 430,4 milyard rubl (5,5 milyard dollar) təşkil edib. Ümumi neft və qaz gəlirləri 512,7 milyard rubl təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 35%-dən çox aşağıdır.

Neft və qaz Rusiyanın dövlət maliyyəsinin əsasını və vergi gəlirlərinin təxminən üçdə birini təşkil edir. Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar hökumət büdcə proqnozuna yenidən baxıb və büdcə kəsiri proqnozunu üç dəfədən çox artırıb. Həmçinin, may ayında neft gəlirləri əvvəlki ayla müqayisədə yarıbayarı azalıb.

“AzPolitika.info”