Aktual

Ruslar bunu etsə… – Zelenskidən Putinə xəbərdarlıq

Ruslar bunu etsə… – Zelenskidən Putinə xəbərdarlıqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin cənub ərazilərində referendum keçirməsi ehtimalını şərh edib.

7Times.az Sfera.az-a istinadən xəbər verir ki, Zelenski bu barədə xalqa müraciəti zamanı danışıb.

O qeyd edib ki, Rusiya referendumun baş tutmasına icazə verərsə, Ukrayna bütün danışıqlardan imtina edəcək.

“Əgər işğalçılar psevdoreferendum etsələr, o zaman Ukrayna və azad dünya ilə danışıqlar imkanlarını bağlayacaqlar”, – deyə Zelenski bildirib.

Prezident onu da qeyd edib ki, indi əsas məsələ silah tədarüküdür.

“Hər gün cəbhə xəttinə daha güclü və uzaq mənzilli sistemlər göndərmək üçün silah təchizatını artırmağa çalışırıq”, – deyə o əlavə edib.