Manşet

Rüstəm İsmayılbəyli azadlığa buraxıldı

Rüstəm İsmayılbəyli azadlığa buraxıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Daxili İşlər Nazirliyində baş tutan məlum görüş zamanı Rüstəm İsmayılbəylinin məsələsinə xeyli vaxt ayırdıq”.

7times.az xəbər verir ki, bu barədə “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçiləri Rüfət Səfərov məlumat verib.

Onun sözlərinə görə, Rüstəm İsmayılbəylinin məsələsi ilə bağlı nazirə müraciət və xahişlərini çatdırıblar.

“Tələbə Rüstəm İsmayılbəylinin barəsində seçilmiş qanunsuz inzibati həbsə və bunun təhsil hüququna yaratdığı ciddi əngəllərə xüsusi həssaslıq nümayiş etdirilsin.

Görüşdə nazir tabeliyində olan və görüşdə iştirak edən yüksək rütbəli şəxslərə məsələni nəzarətə götürmək üçün göstəriş verib.

“Bu gün nəticə oldu, Rüstəm bəy azadlıqdadır. Təşəkkür edirik. Buna da şükür…

“Müdafiə Xətti” olaraq ölkədə dərinləşən repressiv mühitin nisbətən də olsa, yumşalması üçün əlimizdən gələni və gəlməyəni etməkdə qərarlıyıq.”

Qeyd edək ki, dekabrın 13-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov hüquq müdafiəçiləri – Rüfət Səfərov, Zəfər Əhmədov, Əlayif Həsənov və Zaur Əkbərlə görüş keçirilib.