Qarabağ

Rüstəm Muradov Ermənistan hakimiyyətini İTTİHAM ETDİ: “Çirkin təxribat idi”

Rüstəm Muradov Ermənistan hakimiyyətini İTTİHAM ETDİ: “Çirkin təxribat idi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov Ermənistan hakimiyyətini təxribat törətməkdə təqsirləndirib.

7times.az xəbər verir ki, Ermənistanın “Hraparak.am” sayıtının əməkdaşı Yerevanda rusiyalı generala ötən gün Azərbaycanda saxlanılan erməni hərbi cinayətkarların nə üçün qaytarılmadığı barədə sual verib.

Jurnalist: “Nə üçün dünən Ermənistan rəsmiləri Azərbaycanla əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdi?”

Rüstəm Muradov jurnalistə belə cavab verib: “Bu çirkin təxribat idi. Bunu onlardan soruşun, xalqı aldadırlar. Bakıdan əsirləri gətirəcəyimlə bağlı yazılanlar və deyilənlər yalandır. Ermənistanda bu xəbərləri yayanlar məqsədli provokasiya ilə məşğuldur. Bakıya adi səfər etmişəm”.