Ölkə

Sabah 72 istiqamət üzrə avtobuslar yola düşəcək

Sabah 72 istiqamət üzrə avtobuslar yola düşəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

May ayının 31-də saat 09:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) 1 il 2 ay davam edən fasilədən sonra ilk avtobuslar regionlara yola düşəcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən 7times.az-a bildirilib ki, 72 istiqamət üzrə 663 avtobus sabahdan etibarən xidmətə cəlb olunacaq.

Sərnişinlərə səfərdən öncə “avtovagzal.az” saytında şəhərlərarası (rayonlararası) sərnişindaşımanı həyata keçirən avtobusların fəaliyyətinə dair və şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının fəaliyyətinin bərpa edilməsi ilə bağlı avtovağzallara dair təlimatla tanış olmaq tövsiyə edilir.