İran İsraillə atəşkəsin qüvvəyə minməsi ilə bağlı bəyanat yayıb.
7Times.az xəbər verir ki, məsələ ilə bağlı İranın Ali Milli Təhlükəsizlik Şurası bəyanat yayıb.
Bəyanatda atəşkəsin bərqərar olması təsdiqlənir və bu atəşkəsin birtərəfli olaraq İsrailə qəbul etdirildiyi qeyd olunub.
Bəyanatda həmçinin, İranın “düşmənlərə etimad göstərmədiyi” və hər an “barmağını tətikdə” saxladığı bildirilib.
Follow @7timesaz