Ölkə

Sabah hava necə olacaq? – Proqnoz

Sabah hava necə olacaq?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Milli Hidrometeorologiya Xidmətindən 7times.az-a daxil olan xəbərə görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə  5-7 dərəcə isti, gündüz 11-14 dərəcə isti olacaq. Bakıda gecə 5-7 dərəcə  isti, gündüz 12-14 dərəcə  isti olacaq.

Atmosfer təzyiqi normdan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Martın 28-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi  əsəcək. Havanın temperaturu gecə  2-6 dərəcə  isti, gündüz  10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta,   gündüz  3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.