Ölkə

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 7times.az-a verilən məlumata görə, dekabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 6-8, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yolların buz bağlayacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.