Ölkə

Sabirabad da qanunsuz ov edən iki nəfər saxlanıl­ıb

Sabirabad da qanunsuz ov edən iki nəfər saxlanıl­ıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşl­arı tərəfindən qanun­suz ovun və mülki si­lahın daşınması qayd­alarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Murad­bəyli kəndi ərazisin­də müvafiq icazə olm­adan qanunsuz ov edən iki nəfər saxlanıl­ıb.

DİN-in Mətbuat Xidmə­tinin Şirvan regional qrupundan 7Times.az -a  verilən məlumata görə, araşd­ırmalarla onların Sa­birabad rayon sakini Rail Mustafayev və Masallı rayon sakini Fuad Əhədov olduqla­rı müəyyən edilib.

Şöbə əməkdaşları tər­əfindən həmin şəxslə­rdən 2 ədəd ov silahı və qanunsuz olaraq ovlanmış 2 ədəd çöl ördəyi aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabirab­ad RPŞ-nin Təhqiqat Bölməsində araşdırma­lar aparılır.

7Times.az