Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan 7times.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı saxlanılan avtomobillərdən ixrac olan zərərli qazların miqdarı yol polisi inspektorları tərəfindən xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Normadan artıq tullantı ixrac etdiyi müəyyən edilən avtomobil sahibləri ilə izahedici söhbətlər aparılıb və qazların ixracının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb. Tədbirlər zamanı standartlara cavab verməyən avtomobil sürücüləri barəsində müvafiq tədbirlər görülüb.
Follow @7timesaz