Gündəm

Sabirabadda iki avtomobil toqquşdu: Ölən və yaralanan var

Sabirabadda iki avtomobil toqquşdu: Ölən və yaralanan varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Kürkəndi kəndində yaşayan, 1992-ci il təvəllüdlü Zamanov Tamerlan Əlizaman oğlu ölüb.

Hələlik şəxsiyyəti məlum olmayan digər sərnişin isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olduğu üçün onun paytaxt Bakıya göndəriləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.