Şabran rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “7Times.az” -a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin çirkləndirilməsi hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayon ərazisində sənaye və məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
Həmin ərazilər təmizlənib, zibil qutuları yuyularaq dezinfeksiya edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.