Şabran

Şabranda kütləvi zəhərlənmə oldu – Yenilənib

Şabranda kütləvi zəhərlənmə oldu – Yenilənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Şabranda qidadan zəhərlənənlərin ikisi Türkiyə vətəndaşıdır.

7Times.az məlumat verir ki,bu barədə Şabran Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri İmanqulu İbrahimov məlumat verib.

Onun sözlərinə görə, axşam saatlarında dəmir yolu xətti tikintisində işləyən işçilər qusma, halsızlıq, baş ağrıları əlamətləri ilə xəstəxanaya müraciət ediblər.

Təcili Tibbi Yardım şöbəsində onların hamısına yardım olunub. Vəziyyətləri kafi qiymətləndirilir.

Zərərçəkənlərin digərləri yerli vətəndaşlardır.

….

Şabranda kütləvi zəhərlənmə olub, 9 nəfər zəhərlənib.

7Times.az – ın məlumatına görə, Şabran şəhərində fəaliyyət göstərən tikinti şirkətlərindən birinin işçiləri nahar fasiləsi zamanı yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər.

Təcili tibbi yardım briqadasının köməyilə 9 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda onların hansı şəraitdə zəhərləndiyi dəqiqləşdirilir.