Cəmiyyət

Şabranda qayda pozan sürücülərə qarşı reyd keçirilib – FOTO

Şabranda qayda pozan sürücülərə qarşı reyd keçirilib – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət – profilaktik tədbirlər davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 7times.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin tədbirlər planına uyğun olaraq bölmə əməkdaşları nəqliyyat vasitələrinin qabaq yan və alın şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinin qarşısının alınması istiqamətində tədbirlər keçiriblər.

Qayda pozuntusuna yol verən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb və təyin olunmuş qaydalara ciddi riayət etmələri tapşırılıb.