Saçlar müxtəlif səbəblərdən tökülür.
7Times.az-ın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssislər onlardan altısını müəyyənləşdiriblər.
Alimlər bildirirlər ki, kişilərdə saç tökülməsinə ən çox təsir edən amillərdən biri də genetikadır. İnteqral Dermatologiya İnstitutunun mütəxəssislərinin fikrincə, kişilərdə saç tökülməsinin əsas səbəbi androgenetik alopesiya (genetik meyli olan insanlarda androgenlərin (kişi hormonları) təsiri nəticəsində saçların seyrəlməsi və tökülməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Kişi tipi keçəllik, kişi tipi saç tökülməsi kimi də tanınır-red.) adlanan xəstəlikdir ki, bu da kişilərin həyatının müəyyən mərhələsində 75 faizə qədərini əhatə edir.
Xüsusilə, kişilər yoxa çıxana qədər qalınlığını itirdikləri yavaş və proqressiv bir saç tökülməsi ilə üzləşirlər. Eyni zamanda, başın müəyyən nahiyələrində keçəl ləkələr görünməyə başlayır.
Mütəxəssislər saçların seyrəlməsinin əsas səbəbləri arasında narahatlıq, həyəcanlanmağa meyllilik və stressi də qeyd edirlər. Aderans|Bosley klinikasının həkimləri stressin anormal saç tökülməsinə və saç böyüməsini iflic edə biləcəyinə dair xəbərdarlıq edir.
Yaz və payızda saçlar daha intensiv tökülməyə başlayır. Mütəxəssislər qeyd edirlər ki, bu, saçların yenilənməsi prosesini aktivləşdirir.
Autoimmün xəstəliklər (autoimmun xəstəlik orqanizmin öz toxumaların zədələnməsi ilə nəticələnən vəziyyətdir-red.) saç tökülməsinin başqa bir səbəbidir, bəzi hallarda əsas ola bilər. Məsələn, keçəlləşmə dərinin qırmızı qurdeşənəyinə də səbəb ola bilər.
Saç tökülməsi koronavirusun fəsadlarından biridir. Xəstəliyin keçməsindən iki-üç ay sonra xəstə şəxs üçün gözlənilmədən başlaya bilər. Post-covid alopesiyasının (alopesiya xəstəliyi başın və ya dərinin digər tüklü nahiyələrinin keçəlləşməsinə gətirib çıxaran proqressivləşən saç tökülməsidir-red.) COVID-19-dan sağalmış insanların 20%-dən çoxuna təsir etdiyi bildirilir.
İnteqral Dermatologiya İnstitutunun mütəxəssisləri bildirirlər ki, alopesiya birbaşa insanın yaşı ilə bağlı ola bilər. Onların fikrincə, saçlar da dəri kimi yaşlandıqca qocalır və gənclik xüsusiyyətlərini itirir: nazikləşir, daha kövrək olur, daha çox tökülür.
Follow @7timesaz