Dünya

“Sadə bir Azərbaycan qadını qədər hörmətiniz yoxdur” – Erməni ekspert

“Sadə bir Azərbaycan qadını qədər hörmətiniz yoxdur” – Erməni ekspertbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sadə bir Azərbaycan qadını qədər hörmətiniz yoxdur”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni ekspert Hasmik Babacanyan yazıb.

“Qarabağ müharibəsindən əvvəl, kommunist dövründə biz tez-tez Gorusdan Laçına gedirdik. Bu, kələ-kötür yolla gəzinti idi.

Martın 8-də Anna Akopyanın erməni qadınlarını aşağılamaq cəhdindən sonra azərbaycanlılarla bağlı şahidi olduğum bir əhvalatı təqdim edəcəyəm.

Azərbaycanın rayonlarından birində böyük dava oldu. Kişilər bir-biri ilə dalaşdı, bıçaqlanma da oldu. Dava edənlər tamamilə qan içində idi.

Bir neçə polis yaxınlaşıb donub qaldı. O böyük davada onları cilovlamaq mümkün deyildi. Və qəflətən hadisə yerinə yetkin bir azərbaycanlı qadın gəldi və qorxmadan dalaşanlara yaxınlaşdı. Qadın baş örtüyünü açıb dava edənlərə tərəf atdı. Heç vaxt belə bir şey görməmişdik. Sehrli filmdəki kimi birdən dava dayandı. Kişilər üz və bədənlərindəki qanı təmizləyirdilər, təcili yardım maşını gəlib yaralıları xəstəxanaya apardı. Polislər də öz işini gördü. 

Sonra bizə dedilər ki, Azərbaycanda qadına, anaya münasibətdə belə bir dövlət siyasəti var. Ana başındakı yaylığı kişilərin üstünə atırsa, hansı çəkişmədə olsalar da, davanı, qanı dayandırırlar. Azərbaycanda ananın belə hörməti, şərəfi var.

Və bu gün Ermənistanda peyda olan ər-arvad dövlət siyasətini dəyişmək istəyirlər. Qəhrəmanları məhv edəndən sonra indi qəhrəmanların analarını aşağılamağa başlayıblar. “Ermənistanda imkanlar və maneələr, qadınların yeri və rolu” adlı forumda baş nazirin xanımı deyib: “Bizə əsrlər boyu öyrədilib ki, erməni qadınının rolu yaxşı övlad böyütmək, böyük ailəyə yaxşı gəlin olmaq, vətən uğrunda qəhrəmanlar dünyaya gətirməkdir”.

Soruşmaq istəyirəm, nəsə pis bir şey öyrədiblər, xanım? Erməni qadınının xoşbəxtliyi onda idi ki, bunu sən başa düşə bilməzsən.

Başa düşə bilmirsiniz, çünki siz erməni qadınının xoşbəxtliyini fikirləşmirsiniz, dövlət səviyyəsində kampaniya aparırsız, erməni qadınının rolunu aşağılayır, alçaldırsınız.

Çoxəsrlik milli müqəddəsliyimizi uydurma şəkildə təsvir edirsən: “Bizə üstüörtülü şəkildə öyrədilib ki, xoşbəxtlik əxlaqsızların işidir”.

Belə şeylər haqqında danışmaq belə utancvericidir. Belə biabırçı vəziyyətə düşmək istəmirəm.

Sadəcə qarşısında bir-birini bıçaqlayan tərəflərin baş əydiyi azərbaycanlı ananın hekayəsi yadıma düşdü. Dövlət siyasəti budur: Ananın rolunu qiymətləndirmək. Ananın öz tarixi missiyası ilə dövlət quracağını, dəyərli olduğunu hiss edir. Öz ölkənizdə adi bir azərbaycanlı qadının hörməti qədər hörmətiniz yoxdur. İnsanları  “lider qadın” olduğunuza inandırın, axı sizi dinləyənlər var”, – deyə Babacanyan bildirib.