“Barcelona”nın ulduz futbolçusu Jerard Pikedən ayrılan məşhur müğənni Şakira yaşanan hadisədən sonra ilk dəfə danışıb.
7Times.az bildirir ki, “Elle” jurnalına açıqlama verən Şakira evliliyindəki problemlərin musiqi karyerasına necə təsir etdiyindən söz açıb.
Həyatının ən çətin dövrünü yaşadığını deyən ifaçı fikirlərini bu cür ifadə edib:
“Musiqi mənim üçün canqurtarandır. Özümü parçalanmış hiss etdiyim günlər oldu və bu günlərin öhdəsindən ancaq musiqi vasitəsilə gəldim. Amma işimin məni qorxutduğu günlər də oldu. Sadəcə uşaqlarımı qucaqlayıb yataqdan qalxmaq istəmədiyim günlər… Amma qalxıb klip çəkilişlərinə və ya studiyaya getməli oldum”.
Qeyd edək ki, “Barselona”nın müdafiəçisi ilə müğənni 12 ilə yaxın bir yerdə olsalar da, rəsmi nikahda olmayıblar. Cütlüyün iki övladı var – Milan (9 yaş) və Saşa (6 yaş).
Sfera.az
Follow @7timesaz