Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakıdakı məktəblərdə şagirdlərdən sağlamlıq haqqında arayış tələb olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
7times.az-ın məlumatına görə, idarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı məktəblərində COVID-19 virusuna yoluxan və ya koronavirus xəstəsi ilə yaxın təmasda olan şagirdlərdən Gigiyena və Epidemiologiya Mərkəzinin tələblərinə uyğun olaraq, məktəb rəhbərliyi tərəfindən sağlamlıq haqqında arayış tələb olunur:
“Onu da qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur”.
Qeyd edək ki, sosial şəbəkələrdə məktəblərdə uşaqlardan arayış tələb olunması ilə bağlı məlumat yayılmışdı.
Follow @7timesaz