Münaqişə

Şagirdlərimə Şuşanın işğalından yox ”Azadlığından’ danışacam – Vətən Müharibəsinin fədakar döyüşçüsü “Tarix” müəllimi  

Şagirdlərimə Şuşanın işğalından yox ”Azadlığından ” danışacam – Vətən Müharibəsinin fədakar döyüşçüsü “Tarix” müəllimibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəşfiyyat tağım komandiri olan Qurbanov Ceyhun, 9 oktyabr 1989-cu ildə Bakı şəhərində anadan olub.

7times.az xəbər verir ki, o, 2011-2013-cü illərdə kəşfiyyat tağım komandiri, daha sonra isə Masallı rayonunda tarix müəllimi kimi çalışıb.

2-ci Qarabağ müharibəsinə könüllü olaraq yollanıb. O, Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.

Cəbhənin Qubadlı istiqamətində gedən döyüşlərdə, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və sınayperlərdən atəşə tuturdu. Buna baxmayaraq biz iki strateji zirvəni ələ keçirdik.

Ermənilərin şəxsi heyəti hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, pisxotrop maddələrdən istifadə edirdilər.

O bildirib ki, Vətən üçün görə biləcəyi ən yaxşı iş ləyaqətli şagirdlər yetişdirməkdir. Bundan sonra başımı uca tutaraq şagirdlərimə Şuşanın, Qubadlının işğalından yox ”Azadlığından ” danışacam. ” Tarix yazan” tarix müəllimi kimi çox sevincliyəm.

Döyüşdə iştirak edən əsgərlərimizin hamısı ilə fəxr edirəm.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!