Cəmiyyət

Şagirdlərin yerdəyişməsinə start verilir

Şagirdlərin yerdəyişməsinə start verilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

17 fevral saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək. 

 Təhsil Nazirliyindən 7times.az-a bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, yanvarın 8-dən fevralın 17-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı müvəqqəti olaraq dayandırılmışdı.