Ölkə

Şahramanyan Azərbaycanı necə tərk etməsinə dair ifadə verib

Şahramanyan Azərbaycanı necə tərk etməsinə dair ifadə veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvələ qədər Azərbaycan ərazilərində “fəaliyyət göstərən” separatçı rejimin özünü buraxan «rəhbəri» Samvel Şahramanyan Ermənistan parlamentində yaradılmış istintaq komissiyasına ifadə verib.

7times.az  bu barədə Ermənistan KİV-nə istinadla xəbər verir.

Ermənistan parlamentində hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Andranik Köçəryan bildirib ki, o, Samvel Şahramanyandan özünün Azərbaycanı necə tərk etməsi, habelə, sabiq rejim rəhbərlərinin niyə çıxa bilməməsi barədə suala cavab alıb. Lakin o, təfərrüatları açıqlamayıb.

“İstintaq komissiyasının rəyini gözləyin”, – deyə deputat vurğulayıb.

O bildirib ki, istintaq komissiyasının iclaslarına iki nəfər – Tiran Xaçatryan və Movses Akopyan (Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisləri – red.) gəlməkdən imtina ediblər.

“Əvvəlcə Movses Akopyan gəlmək istədi, amma sonra gəlmədi. Vardan Oskanyan isə (Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri – red.) komissiyaya gəlmədən belə ifşalar edirdi… Mən həmişə Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyandan sitat gətirirdim. O deyirdi ki, sən orada olmalısan. İstintaq komissiyasının verdiyi fürsətdən imtina etmək ən azı axmaqlıqdır. Oskanyan həftədə bir dəfə qorxmuş üzü ilə ekran vasitəsilə yeni nöqteyi-nəzərini ifadə edə bilər, lakin bu, artıq maraqlı deyil”, – deputat qeyd edib.

Onun sözlərinə görə, müxalif «Ermənistan» blokundan olan deputatlar Şahramanyanın iclasda iştirakını istəmirdilər.

“Görünür, onlar Şahramanyanın bu gün burada olmasını istəmirdilər. Lakin onlar gecikdilər. Biz Şahramanyanla üç saat işlədik”, – Köçəryan bildirib.

Onun sözlərinə görə, istintaq komissiyasının rəyi əsasında cinayət işi  açıla bilər. “Şəhramanyan özü baş prokurora müraciət edərək bir çox məsələlərlə bağlı araşdırmanın təşkili, hüquqi həll yollarının tapılması xahişi ilə müraciət edi”, – deyə Ermənistandakı hakim partiyanın nümayəndəsi yekunlaşdırıb.

“AzPolitika.info”