Koyba materikdən iyirmi kilometr aralıda yerləşən Panama dövlətinin ən böyük adasıdır. Həbsxana 1919-cu ildə yaradılmışdır. Bura xüsusi təhlükəli cinayətkarlar və ya hakimiyyətin dövlət qarşısında günahı olan siyasi cəhətdən əlverişsiz əleyhdarları göndərilirdi. Burada heyvanlar aləmi xüsusi bir şəkildə inkişaf edib. Lakin yüz il əvvəl insanlar burada dünyanın ən qəddar və qəribə həbsxanalarından birini yaratmışdılar.
Moderator.az xarici mediaya istinadla 12000 il əvvəl böyük bir torpaq parçasının materikdən qopması zamanı meydana çıxan gözəl Koyba adası haqqında maraqlı yazını oxucularına təqdim edir.
Təbiət bir vaxtlar burada ən dəhşətli həbsxanalardan birinin olması ilə bağlı bütün xatirələri tədricən silir.
Burada edam edir, işgəncələr verirdilər, panamalılar arasında bura düşmüş adamlar “los desaparecidos” (“itkin düşmüş”) adlandırılırdılar. Bu həbsxanadan, məsələn, 1989-cu ilə qədər Panamaya rəhbərlik etmiş diktator Manuel Noryeqa xüsusilə tez-tez istifadə edirdi. Son (həbsxana bağlanana qədər) illərdə isə buradakı məhbuslar adi qatillər və oğrular idi.
Kameralı azsaylı binalardan biri. Əsasən, məhbuslar mühafizəçilərdən uzaq taxta tikililərdə yaşayırdılar.
Adanın həyatı qəribə qurulmuşdu: məsələn, məhbusları heç kim qorumurdu, yəni klassik həbsxana mənasında. Mühafizəçilər Koybanın şimal hissəsində yaşayırdılar, məhbuslarla tez-tez rastlaşmamağa çalışırdılar. Amma buna baxmayaraq həbsxanadan qaçmaq son dərəcə çətin idi. Adada timsahlar yaşayırdı və adanı əhatə edən sularda məskunlaşmış köpək balıqları isə qaçmağa imkan verməyən təbii maneə idi. Əgər təhlükəli cəngəllikdən keçərək bütün yırtıcıları dəf edə bilsəniz belə, materikə qədər daha on kilometr məsafəni üzərək keçmək mümkünsüz idi. Ümumilikdə adada üç minə qədər cinayətkar yaşayırdı.
“Tatyana, sənə ehtiyacım var.” Məhkumların yaşadığı evlərdən birinin divarındakı yazı.
Maraqlıdır ki, həbsxana 2004-cü ildə bağlansa da, panamalılar arasında bu yer hələ də “lənətlənmiş” sayılır. Görünür, məhz bu reputasiya sayəsində adada uzun illər boyu brakonyerlərin toxunmadığı nadir heyvan növləri qorunub saxlanmışdır. İndi adada nadir flora və faunanı öyrənən bir neçə alim yaşayır və çalışır. Bu ərazilər Koyba Milli Parkına daxil edilib. Qəribə işdir (bu, təbii ki, həyatın istehzasıdır) – insanlar üçün ən dağıdıcı və ağrılı olan yer vəhşi heyvanlar üçün cənnətə çevrilib.
Follow @7timesaz