Ölkə

Samir Şərifov nə vaxt əlinə səbət alıb bazara gedibki?Video.

Samir Şərifov nə vaxt əlinə səbət alıb bazara gedibki?Video.backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samir Şərifov siz qiymət artımı hansı leksik mənada ifadə edirsiniz?Qiymətlər günü-gündən həm artır həm yüksəlir həm bahalaşır həmdə qalxır.Bu artım bu yüksəliş bu bahalaşma və bu qalxım demək olarki bütün ərzaq məhsullarının qiymətlərində özünü göstərir.Həmdə təkcə ərzaq sektorunda yox bütün sahələrdə qiymət artımı müşahidə olunur.Bunu görmək üçün nə iqtisadçı olmağa gərək var nə də maliyyə mütəxəssisi.Bu həyatın ən asan sezilən və müşahidə olunan bir parçasıdır.

Biz hamımız istehlakçıyıq.Ətindən düyüsünə qədər,paltarından texniki məhsullarına qədər həyatı ehtiyyacımız olan hər şeyi pul verib alırıq.Və sizi nizamlı bir istehlakçı kimi əmin edirəmki qiymətlər həqiqətən də artır.Dövlətin bu sahəyə məsul olan bir xidməti var.Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidməti.Bu qrum mütamadi olaraq monitorinqlər keçirib nəticələri iqtisadiyyat nazirliyi ilə yanaşı sizin rəhbərlik etdiyiniz maliyyə nazirliyinə də təqdim edir.

 

Bu qrum hələ “2020-ci ilin yekunları”dair keçirdiyi hesabat xarakterli konfransda , 57 adda ərzaq, 28 adda meyvə-tərəvəz  və 51 adda tikinti məhsulları üzrə apardığı monitorinqinin nəticəsinə görə Azərbaycanda qiymət artımının olduğunu rəsmi olaraq elan edib.Və  bu statistik məlumatlar yəqinki sizin kabinetinizdəki siyirtmələrin birindədir.Keçək Dövlət Statistika Komitəsinin statistikasına.Cənab Samir Şərifov dövlətin bu qrumu da ölkədə qiymət artımın baş verdiyi rəsmən elan edib.Hələ 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar ayına nisbətən 103,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,3 faiz təşkil edib.

Və daha çox bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin qiymətində qeydə alınıb.Yumurta ölkədə tam şəkildə özünütəminetmə səviyyəsinə daxil olan məhsulların sırasındadır.Amma yumurtanın da qiyməti artıb cənab nazir.

Son müddətdə bahalaşma daha çox buğda ilə bağlıdır və bunun  yerli bazara təsirini minumuma endirmək üçün elə sizin də təmsil olunduğunuz nazirlər kabineti müxtəlif tədbirlər həyata keçirir.Bütün bu əsaslı məlumatlara baxmayaraq siz ölkədə qiymət artımının olmadığını nəyə əsasən deyirsiniz cənab nazir?Qiymətlər qalxır axı…Ola bilərki siz öz istehlak ehtiyyaclarınızı xarici ölkələrin birindən tədarük edirsiniz.