Bəlkə də qəribə gələcək, amma realdır.
Lent.az-ın xəbərinə görə, bəşəriyyətin ehtiyacını ödəmək üçün sünii mal və toyuq ətinin hazırlanması üzərində alimlər 40 ildir baş sındırır. Bu sahədə müəyyən uğurlar da əldə edilib.
ABŞ-da isə bir şirkət daha da irəli gedərək şir, pələng və fil əti hazırlayıb. Təbii ki laboratoriya şəraitində. Bunun üçün heyvanların bədənindən toxumalar götürülərək laboratoriya şəraitində çoxaldılıb. Sınaq zamanı heyvanlara zərər verilməyib.
Yeni ət gələn aydan satışa çıxarılacaq.