Aktual

“Səddam Hüseynlə Qəddafiyə qarşı necə davranılıbsa, Putinə də eynisini…” – Qabil Hüseynli

“Səddam Hüseynlə Qəddafiyə qarşı necə davranılıbsa, Putinə də eynisini…” – Qabil Hüseynlibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna tərəfi Rusiya ordusunun Mariupola mənşəyi məlum olmayan zəhərli maddə atması haqda məlumat yayıb. Məlumatda qurbanlarda tənəffüs çatışmazlığı, vestibulo-ataktik sindrom yarandığı bildirilir. 

Mariupol merinin müşaviri Petr Andryuşşenko isə bildirib ki, hazırda kimyəvi hücumla bağlı məlumat təsdiqini gözləyir.

Maraqlıdır, Rusiya silahlı qüvvələri həqiqətən də Mariupolda kimyəvi silahdan istifadə edibsə Kremlə qarşı hansı cəza tədbirlər görülə bilər?

Mövzu ilə bağlı Gundem.az-a açıqlama verən  Politoloq Qabil Hüseynli deyib ki, Ukrayna ərazi bütövlüyünü pozan, Krımı ilhaq edən, Donbas və Luqansk separatçılarının müstəqilliyini tanıyan Rusiyadan nə desən gözləmək olar:

“Kimyəvi silahdan istifadə versiyasının həqiqət payı var. Çünki Rusiya Ukraynaya müharibə elan edərək faktiki olaraq beynəlxalq hüququ tanımadığını sübut etmiş oldu. Mariupol şəhərinin dinc vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə isə artıq qırmızı xəttin keçilməsi deməkdir. Mülki şəxslərə qarşı belə bir halın yaşanması insanlıq cinayətidir”.

Politoloqun fikrincə, Rusiyanın kimyəvi silahdan istifadə etməsi halı ona qarşı beynəlxalq koalisiyanın qurulması ilə nəticələnə bilər:

“Rusiya bu addıma da əl atıbsa, bu, beynəlxalq müstəvidə ona qarşı yeni sanksiyaların tətbiq edilməsinə, eyni zamanda Rusiyanın yenə müəyyən beynəlxalq təşkilatlardan çıxarılmasına gətirib çıxara bilər. Lakin rus işğalının dayandırılması üçün beynəlxalq koalisiyanın qurulması şərtdir. Rəsmi Moskvanın beynəlxalq hüququ pozması dünya nizamını təhlükəyə salır. Bu halın qarşısı alınmasa başqa dövlətlər də bənzər addımlar atmaq istəyəcək. Səddam Hüseynə, Muammər Qəddafiyə qarşı qurulan koalisiyalar Vladimir Putinə qarşı da qurulmalıdır”.