Çox az adam bilir ki, faydalı xüsusiyyətlərinə görə yağ bitkisi və ya pul ağacı kimi adlanan krassula bitkisi aloedən heç bir şəkildə geri qalmır.
Sağlamolun.az həmin bitkinin bəzi faydalarını təqdim edir:
– Yağ bitkisinin yarpaqlarının şirəsi və pulpası yaralara, abseslərə, kəsiklərə və cızıqlara çəkilə bilər – bitki şirəsinin tərkibinə daxil olan maddələr dərinin bərpası proseslərini təşviq edəcək və iltihab prosesinin qarşısını alacaq.
– Əzələ və sinir ağrılarına, həmçinin qançırlara, yağlı yarpaqların pulpasından kompreslər qoyularsa iltihabı aradan qaldırar və ağrıkəsici təsir göstərər.
– Eyni yağlı şirədən istifadə edərək dodaqlarınızdakı herpesi də sağalda bilərsiniz.
Dodaqlarınızı hər 30 dəqiqədən bir bu bitkinin şirəsi ilə yağlayın (şirənin ağız mukozasına düşmədiyinə əmin olun).
Follow @7timesaz