Ölkə

Şəfiqə Məmmədovanın ittifaqındakı istefalarla bağlı – Açıqlama

Şəfiqə Məmmədovanın ittifaqındakı istefalarla bağlı – Açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bir sıra incəsənət və mədəniyyət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını (ARKİ) tərk edib.

Məsələylə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə əlaqə saxladıq. İttifaqdan 7Times.az-a verilən məlumata görə, ARKİ-nin nizamnaməsinə əsasən, səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər:

“Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar isə bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb. Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək əksinə adlarından istifadə edərək bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildiriblər”.

Qeyd edək ki, ötən ilin sonlarında ittifaqın sədri Şəfiqə Məmmədovanın yenidən bu vəzifəyə seçilməsi müzakirələrə səbəb olmuşdu. Ötən günlərdə isə Ə.Vəliyev sözügedən vəzifəsindən ayrılıb. Bundan başqa, bir sıra incəsənət və mədəniyyət xadimi ittifaqı tərk edib.

7Times.az