Cəmiyyət

Şəhid Elşadın xanımı hamilə imiş…

Şəhid Elşadın xanımı hamilə imiş…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhid Elşad Həsənov Ağstafa rayonunun Xətai kəndində son mənzilə yola salınacaq. Hazırda dəfn üçün hazırlıq işləri gedir.

Bunu Modern.az-a açıqlamasında Ağstafanın Xətai kəndinin icra nümayəndəsi Musa Hüseynov bildirib.

“Şəhidimizin nəşi doğma kəndinə gətirilib. Onunla vida mərasimi keçiriləcək, daha sonra kənd məzarlığında dəfn olunacaq”, – o deyib.

İcra nümayəndəsi erməni təxribatı nəticəsində şəhid olan Elşad Həsənovun bir neçə ay əvvəl ailə həyatı qurduğunu söyləyib:

“Elşad bir neçə ay əvvəl evlənib. Onun yoldaşı hazırda hamilədir. Atası da dünyasını dəyişib. Şəhidin həyat yoldaşı ilə yanaşı, anası və bacısı var. Bacısı evlidir”.

Qeyd edək ki, ötən gün Laçın istiqamətində Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri gizir Həsənov Elşad Qabil oğludur. Şəhid hərbçimiz 1994-cü il təvəllüdlüdür. O, Ağstafa rayonunun Xətai kəndinin sakini olub. Əslən Gədəbəy rayonunun Qaravəlilər kəndindəndir. Elşad Həsənov uşaq olarkən ailəsi Ağstafa rayonunun Xətai kəndinə köçüb.