Cəmiyyət

Şəhid Hüseyn dəfn edildi – VİDEO

Şəhid Hüseyn dəfn edildi – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində yaralanaraq 6 ay komada qalan və ötən gün şəhid olan hərbi qulluqçu Hüseyn Xəlilov bu gün doğulduğu Nardaran qəsəbəsində torpağa tapşırılıb.

7times.az xəbər verir ki, şəhidin nəşi əvvəlcə Nardaran qəsəbəsindəki evinə aparılıb və şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları ilə yanaşı Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri də iştirak edib.

Qeyd edək ki, Hüseyn Rasim oğlu Xəlilov Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində doğulub. O, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanaraq komaya düşüb. Ötən gün 6 ay komada qaldığı xəstəxanada vəfat edib.