Xaçmaz

Şəhid Məzahir Kərimov dəfn edilib – FOTOLAR

Şəhid Məzahir Kərimov dəfn edilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz rayonunun Çarxı kəndində Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Məzahir Kərimovla vida mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidin ailə üzvlərinə və yaxınlarına bir daha baş sağlığı verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin göstərdiyi rəşadətdən danışıb. Qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Şəhid Məzahir Kərimov Usta Cəlilli kənd qəbristanlığında dəfn edilib.
Dəfn mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub.
Şəhid Məzahir Kərimovun tabutu üzərindəki Azərbaycanın üçrəngli bayrağı yaxınlarına təqdim edilib.
Qeyd edək ki, Məzahir Xaliq oğlu Kərimov 1970-ci il iyunun 16-da Xaçmaz rayonunun Usat Cəlilli kəndində anadan olub. 1994-cü ilin yanvar ayında Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
31 il sonra şəhidimizin nəşinin qalıqları Ağdərə rayonu ərazində aşkarlanıb.
Allah rəhmət eləsin !!!