Cəmiyyət

Şəhid Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidindən götürülərək evinə aparılır

Şəhid Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidindən götürülərək evinə aparılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidindən götürülərək evinə aparılır.

“Report” xəbər verir ki, şəhidlə vida mərasimi yaşadığı ünvanda keçiriləcək.

Vida mərasimdən sonra O.Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, şəhidin nəşi ötən gecə İrandan Azərbaycana gətirilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.