Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanan hərbi qulluqçusu vəfat edib.
7times.az xəbər verir ki, Vətən müharibəsi qazisi, kiçik çavuş Ruslan Mustafa oğlu Kazımov iyunun 24-də evində vəfat edib.
R.Kazımovla vida mərasimi onun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Kolxəlifəli kəndindəki evində keçirilir.
Mərasimdə qazinin yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
***
Şəhidimiz dəfn olunub.
Mərhum doğulduğu Ağstafa rayon Kolxəlifə kəndinin qəbristanlığında torpağa tapşırılıb.
Dəfndə qazinin yaxınları, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, R.Kazımov 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. O, döyüşlərin birində ağır yaralanıb. Daha sonra müalicəsini davam etdirib.
Allah rəhmət eləsin!
Follow @7timesaz