Cəmiyyət

Şəhidin bank kartından pul oğurlayan şəxs tutuldu

Şəhidin bank kartından pul oğurlayan şəxs tutuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda şəhidin bank kartından 4 min manata yaxın pul oğurlayan şəxs saxlanılıb.

7Times.az  DİN-ə istinadən xəbər verir ki,  iyulun 26-da polisə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.

Oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.