“Yoluxmanın azalması səbəbindən insanlar pandemiyanın bitməsini düşünməsinlər. Amma indiki nəticələrə uzunmüddətli qabaqlıyıcı tədbirlər nəticəsində nail olmuşuq”.
7times.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.
Baş infeksionist eyni zamanda qarşıdan gələn bayram günlərilə bağlı əhaliyə müraciət edib:
“Qurban bayramı zamanı kütləvi təmas halının olması qaçılmazdır. Belə olan halda sosial məsafə saxlanılmalı, maska taxılmalıdır. Bu gün mövcud olan peyvəndlərin hamısı yeni ştamlara qarşı effektivdir. Peyvəndlənmə ilə yanaşı, yay aylarında bayram günlərində vətəndaşları diqqətli və məsuliyyətli olmağa çağırıram”.
Follow @7timesaz