Azərbaycanda sərt karantin rejiminin avqustun 31-də sona çatması gözlənilir. Bu gün hər kəsi “Avqustun 31-dən sonra metronun fəaliyyətinə icazə veriləcəkmi?” sualının cavabı maraqlandırır.
7times.az xəbər verir ki, bu barədə konkret.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib:
“Hələ ki, bununla bağlı heç bir məlumat yoxdur: “Peşəkarlıq baxımından epidemoloji vəziyyət Operativ Qərargah tərəfindən qiymətləndirilir. Bizim işimiz sərnişinlərin təhlükəsiz və rahat şəkildə daşınmasını təmin etməkdir. Bizə nə zaman desələr, o zaman da fəaliyyətimizi bərpa edəcəyik. Hər gün bizim tərəfindən lazımı işlər görülür. Sadəcə müəyyən hazırlıqların son nöqtəsini qoymaq üçün bir müddət zaman tələb olunur. Bununla bağlı da heç bir problem yoxdur. Operativ Qərargah icazə verərsə, biz də öz fəaliyyətimizi əvvəlki qaydada bərpa edəcəyik”.
Follow @7timesaz