Etiraz aksiyaların davam etdiyi bir dövrdə İran hakimiyyəti daxilində ciddi parçalanmanın baş verdiyi müşahidə olunur. Parçalanmanın mərkəzində SEPAH dayanır. “Iran International” saytı tərəfindən açıqlanan 44 səhifəlik sənəddə İran rejimi daxilində gərginliyin pik həddə çatdığı öz əksini tapıb.
Sənəd Xameneyi ilə SEPAH-ın 45 yüksək rütbəli komandiri və din xadimi arasında yanvarın 3-də baş tutan görüşdən sonra hazırlanıb. İclas zamanı komandanlığın nümayəndələri şəxsi heyət və kiçik zabitlər arasında bir sıra “narahatlıq doğuran” hallar barədə məlumat verilib. Bildirilir ki, İrandakı etirazlar hərbçilərin mənəvi durumlarına mənfi təsir göstərib. Onların bir çoxu rejimə qarşı olanlara rəğbət bəsləyib. SEPAH hərbçilərinin çoxsaylı ailə üzvləri, o cümlədən yüksək rütbəli zabitlər etirazlarda fəal iştirak edib və həbs ediliblər. Məlumata görə, hətta SEPAH daxilində bir qrup general Ali lider Ayətullah Əli Xamneyini öldürmək üçün planlar qurublar. Amma onların planı ifşa olunub.
SEPAH daxilindəki parçalanma İran hakimiyyətini ciddi narahat edir. Təşkilat ölkə iqtisadiyyatının yarıdan çoxuna nəzarət edir. SEPAH-ın parçalanması İranda dini rejimin sonunu gətirə bilər.
Mövzu ilə bağlı Modern.az-a danışan deputat Nəsib Məhəməliyev söyləyib ki, Molla rejiminin apardığı siyasəti hamıdan yaxşı elə SEPAH-ın özü bilir.
“Onlar rejimin bütün haqsızlıqlarını və yanlış addımlarını bilavasitə özü həyata keçirir. Hər bir cəmiyyətdə, təşkilatda olduğu kimi SEPAH-ın içində də, yəqin ki, vicdanlı insanlar var. Nə qədər cinayətlərə qarışsalar da, müəyyən mənəvi sərhdələrin olduğunu qəbullananlar mövcuddur. İran anti-bəşəri bir siyasət həyata keçirir. Bunun nəticəsi olaraq İran kimi zəngin təbii sərvətlərə, insan kapitalına, əmək resurslarına malik bir ölkə dilənçi vəziyyətinə düşərək iflas həddinə çatıb”, – deyə o bildirib.
N.Məhəməliyev qeyd edib ki, İranın həyata keçirdiyi siyasətdən narahat olan insanlar var və bu normaldır:
“İranın öz xalqını dilənçi vəziyyətinə salması, müsəlman ölkələrində terrorçuluğa dəstək verməsi siyasətçilər tərəfindən izlənilir. Sözügedən ölkə Suriya, Bəhreyn, İraq, Yəmən, Əfqanıstanda terrorçulara və separatçılara etdiyi yardımları bütün dünya siyasətçiləri bilir. Hətta, İran Azərbaycanda da buna cəhd edib. Onlar öz məzhəbinin yayılmasına xüsusi diqqət yetirir. Yəni sadalanan bütün mənfi cəhədlərə görə halhazırki rejimdən narazı olan bir kütlə var və bu normaldır. Bu da təbii ki, indiki hakimiyyətin sonunu gətirəcək. Əgər İran normal dövlət olub, bəşəri qanunlar onlar üçün önəmli olsaydı fikir ayrılıqlarının ölkəyə gələcəkdə necə təsir edəcəyini təxmin etmək olardı. Ancaq indiki halda rejim o qədər qəddardır ki, kimliyindən aslı olmayaraq onlara qarşı çıxan heçbir insana güzəştə getməyəcək. Yəni İran rejimi həmin şəxsləri müəyyən edərək edam edə bilər. Sentyabr ayından başlayaraq bu dövlətin ayrı-ayrı bölgələrində etiraz aksiyaları başladı. Bunun sonunda biz İran rejiminin 20-22 yaşında olan gəncləri küçələrdən asdığını gördük. Yəni bu hakimiyyət millətin 50-60 faizini qıracaq, amma öz siyasətini həyata keçirəcək. Çünki, qəddarlıq İran üçün yeni birşey deyil. Məhz elə buna görə də son 40 ildir hakimiyyətdədirlər”.
Follow @7timesaz