Maraqlı

Sevgilinizə belə mesajlar yazmayın – SİYAHI

Sevgilinizə belə mesajlar yazmayın – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sevgilinizi əsəbiləşdirmək istəmirsinizsə, ona bu cür mesajlar göndərməyin.

“Sənin üçün darıxdım, sən də mənim üçün darıxmısanmı?” Bu cür mesaj oğlan tərəfdən xoş qarşılanmaz. Özünü sorğu-suala çəkilirmiş kimi hiss edər. Sadəcə “sənin üçün darıxdım” yazmaq bəs edər.

“Məni sevirsən?” – deyə soruşmanız çox yersizdir. Sevgi kəlmələri içindən gəldiyi zaman ağızdan tökülməlidir, məcburi deyil. Kişilər də bu haldan heç xoşlanmazlar.

“Sənin də sabahın xeyir” uzaqlaşdırıcı mesajlardan biridir. Həmişə sizinlə maraqlanmasını istəmirsiniz kimi görünməniz böyük yanlış olacaq.

“Ürəyim çox sıxılır” da uzaqlaşdırıcı mesajlardan biridir. Öz sıxıntılarınızı özünüz həll edin, qarşınızdakından gözləməyin

“Yaxşı, özün bilərsən”. Kişilər bu tərz insanlardan qaçarlar.

“Köhnə dostumla görüşəcəyəm” çox riskli bir mesajdır. Köhnə dost deyəndə ilk olaraq əks cins qəbul edilir və gərginlik yaradır.

“Niyə cavab yazmırsan?” mesajı çox sürətlə uzaqlaşmaq üçün bir səbəbdir. Kişilər bu cür şeylərdən heç xoşlanmazlar. Yazdınızsa, cavab gələnə kimi səbr edin.