Maraqlı

“Sevgilisi hamilədir, Putin uşağı istəmir” – İDDİA

“Sevgilisi hamilədir, Putin uşağı istəmir” – İDDİAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

69 yaşlı Rusiya lideri Vladimir Putinin 38 yaşlı gimnast sevgilisi Alina Kabayevanın hamilə olduğu iddia edilib.

Sfera.az bildirir ki, eyni zamanda Putinin daha uşaq istəmədiyi və Kabayevanın yenidən hamilə olduğunu eşidəndə səssizləşib özünə qapandığı irəli sürülüb. Mənbələrin bildirdiyinə görə, Qələbə günü xəbərin ortaya çıxması güc nümayiş etdirəcək Rusiya prezidentini qəzəbləndirib. Parkinson və ya xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilən Putinin güc nümayişinə zərər vuracaq heç bir şey istəmədiyi vurğulanıb.
Alina Kabayevanın hamilə olduğunu iddia edən isə Rusiyanın General SVR Telegram xəbər kanalı olub. “Putin sevgilisinin növbəti dəfə hamilə olduğunu öyrənib və görünür, bu, planlaşdırılmamışdı”, – deyə  xəbərdə qeyd olunub.
Xatırladaq ki, Putin İsveçrədə yaşadığı deyilən Kabayeva ilə münasibətini heç vaxt etiraf etməyib. Media isə onların iki oğlundan birinin 2015-ci ildə İsveçrədə, digərinin isə 2019-cu ildə Moskvada doğulduğunu yazıb.