Ölkə

Şəxsi ehtiyaclar üçün xaricdən gətiriləcək dərmanların miqdarı müəyyənləşdirilir

Şəxsi ehtiyaclar üçün xaricdən gətiriləcək dərmanların miqdarı müəyyənləşdirilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi ölkəyə şəxsi istifadə üçün gətirilən dərmanlar üçün norma müəyyən edilməsi üzərində iş aparır.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

O deyib ki, Azərbaycanda tətbiq olunan qaydalara əsasən şəxsi ehtiyacların ödənilməsi üçün dərman vasitələrinin gətirilməsinə icazə var: “Amma hansı miqdarda gətirilə bilər? Hazırda Səhiyyə Nazirliyi ilə bunun dəqiqləşdirilməsi üçün birgə işləyirik.

Əfsuslar olsun ki, bəzi hallarda şəxsi ehtiyacların ödənilməsi norması təmin edilmir. Çünki bəzi dərman növləri var ki, psixotrop və ya narkotik tərkibli olur”.