Amerikada yayımlanan və bütün dünyada məşhur olan “The Simpsons” cizgi filminin bu dəfə də Rusiya-Ukrayna müharibəsinə işarə etdiyi bəlli olub.
Sfera.az bildirir ki, sözügedən cizgi filminin köhnə epizodu olan “Simpson Tide”da Sovet İttifaqının qayıdışı və yeni Soyuq Müharibənin olacağı proqnozlaşdırılıb. Həmin bölüm çəkilərkən Rusiyada Boris Yeltsin hakimiyyətdəydi və ABŞ-la Rusiya arasında da mehriban münasibətlər var idi. Epizod Homer Simpsonun Hərbi Dəniz Qüvvələrinə qoşulması ilə başlayıb. Daha sonra Homer təsadüfən özünü Rusiya sualtı qayığı ilə toqquşan digər qayığın göyərtəsində tapıb.
Ardınca epizodda BMT səfiri SSRİ-nin dağılmasının sadəcə bir oyun olduğunu söyləyib. Növbəti dəqiqələrdə isə Berlin divarı təkrar yüksəlib, Lenin isə yenidən həyata dönüb. Sosial mediada bu görüntülər “Simpsonlar” “Rusiya-Ukrayna böhranını da bildi”, ifadələri altında paylaşılıb.
Follow @7timesaz