Türkiyədə avqust ayından etibarən siqaretlərdə yeni qiymət artımı olacaq.
7Times.az xəbər verir ki, bu barədə Satıcılara Yardım Dərnəyinin sədri Erol Dündar məlumat verib.
O, qatıldığı canlı yayımda artımın 4-5 lirə ( təxminən 20-25 qəpik) civarında olacağını bildirib.
Dündar mövcud artımların rəqabət səbəbindən tam əks olunmadığını və iyul ayında gözlənilən artımın 8-9 lirə (təxminən 40-45 qəpik) olması lazım olduğunu qeyd edib. Həmçinin o, bir siqaret qrupunda aşağı qiymət artımının digər markaların artımı təxirə salmasına səbəb olduğunu bildirib.
Follow @7timesaz