Cəmiyyət

Siyəzən Broyler ASC-nin işçiləri Prezidentə müraciət etdi

Siyəzən Broyler ASC-nin işçiləri Prezidentə müraciət etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzən Broyler ASC quşçuluq fabrikində çalışan bir qrup şəxs əmək hüquqlarının pozulmasına etiraz etdikləri üçün rəhbərlik tərəfindən işdən azad edilib.

7times.az-ın məlumatına görə, müəssisənin kəsim bölümündə işləyən həmin şəxslər bildirir ki, onlar gün ərzində 18-20 saat işləməyə məcbur edilib.

“Hər gün 18 saat işləyirdim. Dəfələrlə buna etiraz eləsəmdə xeyri olmayıb. Rəhbərlik bizə deyirdi ki, kimə xoş deyil çıxıb gedə bilər. Sonuncu narazılığımdan sonra mənə bir gündə 2 töhmət verib işdən qovdular”.

Əmək hüquqları pozularaq əsassız yerə bir günə 2 töhmət verilərək işdən qovulan Allahqulu Quliyev bununla bağlı məhkəməyə müraciət edib. Rayon məhkəməsi onun vəsatətini təmin etmədiyi üçün ali məhkəməyə üz tutub. Dərdlərinə məhkəmələrdə çarə tapa bilməyən Allahqulu Quliyev kimi həmin müəssisədə çalışan 10-dan çox şəxs hüquqlarının qorunması üçün ölkə başçısına müraciət edib.

Burda onlarla insanın hüquqları pozulur. Amma çoxu işini itirməmək üçün səsini çıxartmır. Danışanda isə ən yaxşı halda işdən qovurlar. Dövlət strukturlarına müraciət edəndə isə bizi həbslə hədələyirlər.

Siyəzən Broyler ASC-nin rəhbərliyi isə məsələ ilə əlaqədar heç bir açıqlama vermədi. Hər gün əmək hüquqları pozulan onlarla şəxsə göstərdikləri laqeyid davranış tərzinin eynisini bizə də göstərdilər. Qarşı tərəf olaraq məsələyə münasibət öyrənmək üçün qrumun *53 00 qaynar xəttindən bizə verilən əlaqə nömrələri ilə ASC-nin insan resuslar mərkəzinə qədər gedib çıxdıq. Amma yüzlərlə insanın əmək hüquqlarını qorumağa mükəlləf olan bu mərkəzdən heç bir açıqlama ala bilmədik. 7times.az