Manşet

Siyəzəndə ağır qəza – Gənc oğlan xəstəxanada can verdi

Siyəzəndə ağır qəza – Gənc oğlan xəstəxanada can verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Axşam saatlarında Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan nəqliyyat vasitələrinin toqquşması nəticəsində 4 nəfər ağır yaralanıb.

7times.az xəbər verir ki, onlar Siyəzən rayon sakinləri 1998-ci il təvəllüdlü Manafov Əmrah Mahir oğlu, 2000-ci il təvəllüdlü Kazmani Natiq Eldar oğlu,1996-cı il təvəllüdlü Əhmədov Nicat Əhməd oğlu və 1995-ci il təvəllüdlü Ramazanov Kamal Ağaoğlu oğludur.

Xəsarət alanlardan Nicat Əhmədov həkimlərin bütün səyinə baxmayaraq axşam saatlarında müalicə aldığı Siyəzən Regional Müalicə Diaqnostika mərkəzində dünyasını dəyişib.

Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.

7times.az