Cəmiyyət

Siyəzəndə Dost-iş MMC tərəfindən ayrılan iş yerləri belə mənimsənilir – FAKTLAR

Siyəzəndə Dost-iş MMC tərəfindən ayrılan iş yerləri belə mənimsənilir – FAKTLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dost-iş MMC tərəfindən aztəminatlı ailələr üçün ayrılan sosial iş yerlərinə götürülən Siyəzən sakinləri 7times.aza müraciət edərək bu sahədə baş verən mənimsəmə faktları barədə məlumat verib. Onlar qeyd edir ki, hər ay aldıqları əmək haqqının 100 manatını Kommunal müəssisələr birliyinin baş mühəndisi İlqar Xudaverdiyevə verirlər. Bu qayda işə qəbul edilən zaman işçilərlə razılaşdırılaraq həyata keçirilir. Daha sonra onlardan əmək haqqı kartlarının özlərində olması barədə vaxtaşırı yazılı izahatlar alınır.

Əvvəl kartlar bir başa olaraq idarənin özündə qalırdı. Sonra ölkə başçısı bu barədə çıxış edib iş yerlərinə qanunsuz müdaxilə edən məmurları sərt tənqid etdi. Bundan sonra hamımızı idarəyə çağırıb əmək haqqı kartlarını özümüzə verdilər. Bizə bildirdilər ki, əmək haqqınızın 100 manatını hər ay idarəyə geri verməlisiniz.

Bir neçə gün bundan öncə Kommunal müəssisələr birliyinin əməkdaşları buna etiraz olaraq  Dost-iş MMC-yə müraciət edərək məsələ barəsində məlumat veriblər. Sakinlərin şikayəti əsasında Siyəzən rayonuna Dost iş MMC tərəfindən operativ yoxlama cəlb edilib. Məhz bundan sonra idarədən şikayət edən işçilərə zəng edilərək onları təhdid ediblər.

Bizi idarənin rəhbər şəxsləri zəng edib şikayət etdiyimiz üçün təhdid edirlər. Bir daha belə halın baş verəcəyi təqdirdə bizi həbs olunacağımızla hədələyirlər.

Kommunal müəssisələr birliyinin direktoru Bahadur Babayev isə rəhbəri olduğu idarədə bu kimi halların baş vermədiyini bildirib. O qeyd edib ki, həmin işçilərin şikayətləri tam olaraq əsasızdır və həqiqətə uyğun deyil.

Düzdü onların  bir neçəsi şikayət etmişdi. Baş idarədən yoxlama aparılıb. Lap istəsəz siz özünüz də gəlib araşdıra bilərsiz. Amma əmin ola bilərsiniz ki, qeyd etdiyiniz neqativ hallar yoxdur burda, olada bilməz.

Qeyd edək ki, DOST iş MMC tərəfindən Siyəzən rayonuna 265 iş yeri ayrılıb.

 

7times.az 

Cəlal Fərzəliyev