Bu görüntülər həm sosial şəbəkələrdə, həm də tv ekranlarında kütləvi informasiya vasitələrində kifayət qədər söz-söhbətə səbəb oldu. Məsələnin təxribat tərəfini araşdırarkən bloggerin görüşünün tam planlaşdırılmış və nəzarət altında keçirildiyi bəlli oldu.
“Təxribat deyil, amma çox təhlükə yaradan bir durumdur və bu kimi hallara ehtiyatla yanaşılmalıdır ”- deyə tv və radio aparıcısı Teymur Əliyev 7Times.az -a məsələ ilə bağlı açıqlamasında bildirib.
“Təəssüf doğuran mənzərədir.Amma buna görə gəncləri qınamağı doğru saymıram. Bunun əvəzinə “ gənclərə nə verə bilərik?!”- deyə düşünmək lazımdır, onları daha faydalı sahələrə necə yönəldib, maraq dairələrini necə genişləndirə bilərik? Bu gün gənclərə “siz ədəbsizsizsiniz, savadsızsınız ” deməklə heç kim məsuliyyətdən yayına bilməz. Əgər onlara pis deyiriksə , deməli biz özümüz bu gəncləri pis yetişdirmişik.
Tv , radiodan fərqli olaraq sosial-media insanlara böyük azadlıq verir, bir anda məşhurlaşmaq imkanı yaradır. Bunlar normal haldır və indiki zaman üçün qaçılmazdır . Bizim üzərimizə düşən ən böyük vəzifə mənfi halları neytrallaşdıra bilməkdir ” – deyə Teymur Əliyev qeyd edib.
Rəna İbrahim
7Times.az
Follow @7timesaz