Ölkə

ŞOK:Azərbaycanda tayfa başçısının möhürü tapıldı – GÖRÜNTÜLƏR

ŞOK:Azərbaycanda tayfa başçısının möhürü tapıldı – GÖRÜNTÜLƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Qusar rayonunun Bədirqala kəndi ərazisindəki “Qızılgül təpələri” adlanan tarixi abidənin ərazisində arxeoloji qazıntı işlərinə başlayıb.

MEA–nın Arxeoloji xidmət və yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin müdiri, Qusar ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev 7Times.az-a verdiyi açıqlamada qazıntı barədə ətraflı məlumat verib. O, qeyd edib ki, arxeoloji qazıntı işləri nəticəsində təsərrüfat quyuları, ocaq, təndir yerləri aşkar edilib. Eyni zamanda ərazidən ilkin orta əsrlər dövrünə aid olduğu ehtimal edilən möhürlər tapılıb.

7Times.az qazıntı ərazisindən lentə aldığı görüntüləri təqdim edir.