Aktual

Son 40 ilin ən yüksək bahalaşması: Hər ay dövriyyədən 95 milyard dollar yığışdırılacaq – QƏRAR

Son 40 ilin ən yüksək bahalaşması: Hər ay dövriyyədən 95 milyard dollar yığışdırılacaq – QƏRARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Bankı (FED) balansının azaldılması planına may toplantısından başlaya bilər. Bu qənaət FED-in 15-16 mart 2022-ci il tarixlərində keçirilən son iclasının protokollarının açıqlanmasından sonra yaranıb.

7Times.az  “Bloomberg”ə istinadən xəbər verir ki, maydan etibarən hər ay balansın 95 milyard dollar azaldılması məqsədəuyğun hesab edilib.

Hazırda FED-in 9 trilyon dollara yaxın balans aktivi var. Balansın 4-5 trilyon dollara qədər azaldılması gözlənilir. Balansın azaldılması ilə yanaşı uçot dərəcəsinin də davamlı artırılması gözlənilir. Hazırda 0,25-0,75 olan faiz dəhlizinin ilin yekununda 2-2,25 səviyyəsinə çatdırılacağı ehtimalı var.
ABŞ ekspertlərinin şərhinə görə, əgər balans davamlı və sürətlə azaldılarsa, eyni zamanda uçot dərəcəsi artırılarsa, o halda dövriyyədə olan dollarla pul kütləsinin həcmi azalacaq və dollar möhkəmlənəcək.

FED sonuncu dəfə bu qədər sərt davranışa 1994-cü ildə gedib. Yenidən balansın kəskin azaldılması və faizlərin sürətlə artırılması qərarına səbəb yüksək inflyasiyadır. ABŞ-da qeydə alınan qiymət artımları son 40 ilin ən yüksək bahalaşması hesab olunur.

Gözləntilər özünü doğruldarsa, yəni həm faizlər bir neçə dəfə artırılarsa, həm də dövriyyədə olan dolların həcmi sürətlə azaldılarsa, bir çox məhsulun qiymətində enmə müşahidə ediləcək.
O cümlədən neft və neft məhsullarının, əlvan metalların, taxıl, pambıq və dəyəri birjalarda müəyyən edilən digər kənd təsərrüfatı mallarının ucuzlaşacağı proznozlaşdırılır.